Nümunəvi ailə modeli: Məmmədovlar ailəsi

3 iyun 2019

Paylaş:

Azərbaycan ailələri daim uzunömürlülüyü, ailə dəyərlərini qorunub saxlamaq, bir-birilərinə dəstək olmaq, ailə ənənələrini yaşatmaq kimi özünəməxsus xüsusiyyətləri ilə seçilirlər. Hamıya örnək olacaq nümunəvi ailələrimiz çoxdur və onların birini sizlərin diqqətinə təqdim edirik.

Bu dəfəki ailəmiz rəssamlıqla məşğul olan, sənətin bu növünə xüsusi maraq göstərən Məmmədovlar ailəsidir. 15 may Beynəlxalq Ailə Günü ilə əlaqədar keçirilən tədbirdə Məmmədovlar ailəsi Bakı şəhəri Qaradağ rayonu üzrə rəssamlıq sənəti sahəsində öz xüsusi qabiliyyətləri ilə seçilərək mükafalandırılmışdır.

Gülsabah Məmmədova və Əli Məmmədov - hər ikisi ADPU-nun rəssamlıq fakültəsini bitirmişdir. Onlar elə təhsil aldıqları müddətdə bir-biriləri ilə tanış olmuş və elə birlikdə də ADPU-da müəllim işləməyə başlamışlar. 1982-ci ildə ailə quran Məmmədovlar rəssamlıq sahəsində daha da peşəkarlaşaraq, daim bu sənətin təbliği və gözəl əsərlər yaratmaq istiqamətində fəaliyyət göstərirlər. Ailənin əsas xüsusiyyətlərindəm biri də odur ki, Gülsabah xanım və Əli bəy uşaqlarına öz sənətlərini sevdirə biliblər. Ailənin 5 övladı da – Məmmədbağır, Tağı, Tərlan, Afət və Qumru da valideynləri kimi rəsm əsərlərinə maraq göstərir və onların yolunu gedərək rəssamlıqla məşğuldular. Ailə sahibi olduqları möhtəşəm əsərlərlə müsabiqələrdə iştirak edərək nailiyyətlər əldə ediblər. Məmmədovlara əsl rəssam ailəsi deyə bilərik.