Komitə sədri Azərbaycan Respublikasında Çin Xalq Respublikasının Fövqəladə və Səlahiyyətli səfiri ilə görüşüb

7 noyabr 2019

Paylaş:

Noyabrın 7-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Azərbaycan Respublikasında Çin Xalq Respublikasının Fövqəladə və Səlahiyyətli səfiri Quo Min və Səfirliyin siyasi məsələlər üzrə şöbə müdiri  Syu Sin ilə görüşüb.

Görüşdə ailə, qadın və uşaq məsələləri istiqamətində ikitərəfli əməkdaşlıq və gələcəkdə görüləcək işlər barədə müzakirələr aparılıb.