Uşaq və gənclərin uğurlu ixtisas və peşə seçimi mövzusunda onlayn müzakirə keçiriləcək

13 aprel 2020

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uşaqların öz bilik və bacarıqlarının artırılması, inkişaf etdirilməsi, eləcə də onların öz maraqlarına uyğun sahələrə yönəldilməsinə böyük əhəmiyyət verir.

Ali məktəbə hazırlaşan uşaqlar bəzən öz ixtisas seçimlərində çətinlik çəkir, onların ixtisas və peşə seçimlərinə valideynlər və yaxın qohumlar tərəfindən təsirlər olur. Uşaq və gənclərin uğurlu ixtisas və seçimlərində nələrə diqqət etməliyik və onları necə yönləndirməliyik?

Mövzunun aktuallığını, uşaq və gənclər üçün faydasını nəzərə alaraq 15 aprel 2020-ci il saat 18:00-da “Uşaq və gənclərin uğurlu ixtisas və peşə seçimi”mövzusunda onlayn müzakirə keçiriləcək.

Onlayn müzakirədə BP-nin Azərbaycan, Gürcüstan, Türkiyə üzrə regional vitse-prezidenti Bəxtiyar Aslanbəyli, ADA Universitetinin professoru Gülməmməd Məmmədov və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Fərid Ədilov iştirak edəcək.

Onlayn müzakirə Komitənin rəsmi Facebook səhifəsində canlı yayımlanacaq, görüş zamanı verilən suallar cavablandırılacaq.

Suallarınızı canlı yayım zamanı şərh bölməsinə yaza bilərsiniz. Maraqlı olan hər kəsi onlayn müzakirəyə dəvət edirik.