İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi Lahıc qəsəbəsində “Açıq qapı” günü keçirmişdir

20 avqust 2020

Paylaş:

Komitə nəzdində fəaliyyət göstərən İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi pandemiya ilə əlaqədar Mərkəzdə vətəndaşların qəbulunun məhdudlaşdırıldığını nəzərə alaraq, avqustun 19-da rayonun ən böyük yaşayış məntəqələrindən olan Lahıc qəsəbəsində “Açıq qapı” günü keçirmişdir.

2018-ci ildə ölkə rəhbəri tərəfindən açılışı edilmiş müasir tipli Lahıc qəsəbə tam orta məktəbinin binasında təşkil edilmiş tədbirdə Lahıc və Lahıc ətrafı kəndlərdən olan vətəndaşlar iştirak etmişdir. Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş karantin qaydalarına uyğun keçirilən qəbulda iyirmi səkkiz nəfər iştirak etmişdir. Vətəndaşlar Mərkəzin əməkdaşları tərəfindən qəbul edilərək, problemləri araşdırılmış, lazımi tövsiyyələr verilmiş və aidiyyatı üzrə xidmətlərə yönləndirilmişlər. Müraciətlər əsasən psixoloji və uşaqlarda loqopedik xidmətlərlə bağlı olmuşdur.

Mərkəzin əməkdaşları həmin gün Lahıc-Dəmirçi yolunun üstündə yerləşən bir neçə çoban binəsində olub, qadın və uşaqların yaşayış şəraiti ilə tanış olmuşlar.