“Ailə konüllüləri” layihəsinin bugünkü qonağı Osmanovlar ailəsidir

24 avqust 2020

Paylaş:

Xaçmaz rayonunda yaşayan Osmanovlar ailəsinin 6 üzvü var. Ata Osmanov Baba  biologiya müəllimi, ana Osmanova Seylan ingilis dili müəllimidir. Ailənin böyük övladları Osmanova Nəzmiyə - Tibb Universitetinin birinci kurs tələbəsi və  Osmanova Haliyə - Dövlət Təhlükəsizlik Xidməti Akademiyasının birinci kurs kursantıdır. Osmanlı Gülay üçüncü sinfə keçir, Osmanlı Nadirin isə 4 yaşı var.

Osmanovlar ailəsi əməliyyata hazırlaşan Azər İsmayılovun ailəsini ziyarət edib. Balaca Azər gələcəkdə həkim olmaq istəyir.