Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzində maarifləndirici tədbirlər keçirilib

3 sentyabr 2020

Paylaş:

3 sentyabr 2020-ci il tarixdə Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə 2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının icrası ilə bağlı tədbir keçirilib. Tədbirdə Goranboy UADM-in əməkdaşları, xüsusi qayğıya ehtiyacı olan (XQEO) uşaqlar və valideynləri iştirak ediblər.

Tədbir zamanı sosial müdafiəyə ehtiyacı olan və iş tapmaqda çətinlik çəkən şəxslərlə müzakirələr aparılıb. Tədbirin sonunda iş axtaran vətəndaşlar aidiyyatı üzrə Goranboy rayon Məşğulluq idarəsinə yönləndiriliblər.

Mərkəzin növbəti tədbiri isə 4 sentyabr 2020-ci il tarixində “Sağlam həyat tərzi: QİÇS-lə mübarizə yolları” mövzusunda keçirilib. Tədbirdə mərkəzin əməkdaşları, rayon gəncləri iştirak ediblər.

Tədbirin sonunda iştirakçılara mövzu ilə əlaqəli bukletlər paylanılıb.