Əlilliyə erkən müdaxilə mövzusunda onlayn görüş keçirilib

14 sentyabr 2020

Paylaş:

14 sentyabr 2020-ci il tarixində Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinin (UADM) təşkilatçılığı ilə "Əlilliyə erkən müdaxilə" adlı onlayn görüş keçirilib. Görüşdə UADM-nin psixoloqu, sosial işçiləri, pedaqoqu, nevropotoloqu, xüsusi qayğıya ehtiyacı olan uşaqların (XQEU) valideynləri, könüllülər iştirak ediblər.

Tədbir zamanı əlilliyə yanaşmanın tibbi və sosial modeli, erkən müdaxilənin vacibliyi, uşaqların inkluziv təhsilə cəlb olunması haqqında geniş müzakirə aparılıb.

Tədbirin sonunda onlayn bukletlər göndərilib.