Ölkədə elan olunmuş xüsusi karantin rejiminin sərtləşdirilməsi səbəbindən İctimai Şuraya seçkilərin keçirilməsi təxirə salındı

9 dekabr 2020

Paylaş:

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın 8 dekabr 2020-ci tarixli qərarına əsasən, Azərbaycan Respublikasında 2020-ci il dekabrın 14-dən xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə əlaqədar olaraq, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya 17 dekabr tarixində keçirilməsi planlaşdırılan seçkilər təxirə salınmışdır.

Vəziyyətə uyğun olaraq, seçkilərin keçirilməsi tarixi ilə bağlı məlumat namizədlərə bildiriləcəkdir.