Yasamal rayonunda ananın uşaqları ilə birgə intihar cəhdi ilə bağlı hadisə Komitənin nəzarətindədir

24 dekabr 2020

Paylaş:

Kütləvi informasiya vasitələrində Yasamal rayon ərazisində yaşayan ananın  2017-ci il təvəllüdlü  və 2019-cu il təvəllüdlü uşaqlarını yaşadıqları binanın 4-cü mərtəbəsində olan mənzilin yataq otağındakı pəncərədən qısa zaman ardıcıllığı ilə yerə atması, daha sonra isə özünü də həmin yerdən ataraq intihara cəhd etməsi ilə bağlı məlumat öz  əksini tapmışdır.

Məsələ Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən dərhal nəzarətə götürülmüşdür. Yasamal Rayon Prokurorluğu və yerli İcra hakimiyyəti ilə əlaqə saxlanılaraq ailənin vəziyyəti araşdırılmış və məlum olmuşdur ki, ailənin böyük övladı hadisə vaxtı evdə olmuşdur. Bu gün azyaşlı və onun atası ilə Komitənin məsul əməkdaşı və Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyinin zorakılığa məruz qalmış uşaq və gənclər sosial reabilitasiya mərkəzinin psixoloqunun iştirakı ilə görüş keçirilmişdir. Görüşün nəticəsi olaraq belə qənaətə gəlinmişdir ki, azyaşlının bir müddət  psixoloji reabilitasiya keçməyə ehtiyacı var və bu fəaliyyətin davamlılığı təmin olunacaqdır.

Komitə məsələni diqqətdə saxlayır.