Axtarılan Ləman Şahbazova tapılaraq nəzarətə götürülüb

6 yanvar 2021

Paylaş:

5 yanvar 2021-ci ildə kütləvi informasiya vasitələrində 12 yaşlı Ləman Şahbazovanın Sabunçu rayonu Zabrat qəsəbəsində yaşayan nənəsinin evindən çıxaraq geri qayıtmadığı ilə bağlı məlumat öz əksini tapmışdır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, hüquq-mühafizə və yerli icra hakimiyyəti orqanları ilə birlikdə həyata keçirilən tədbirlər nəticəsində azyaşlı bu gün səhər Sabunçu rayonu ərazisində tapılıb.

Məsələnin hərtərəfli araşdırılması müddətində L.Şahbazaovanın “Nur” uşaq evinə yerləşdirilməsi məqsədəuyğun hesab edilmişdir.

Hazırda Dövlət Komitəsi və aidiyyəti qurumlar tərəfindən lazımi işlər davam etdirilməkdədir.