Şəhid ailəsi ilə görüş keçirilib

5 fevral 2021

Paylaş:

05 fevral 2021-ci il tarixində Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən Rəhimli kəndindən olan şəhid İbrahim Məmmədovun ailəsinə səfər edilib.

Görüşdə şəhidimizin xatirəsi anılıb, onun müharibədəki igidlik və şücaətindən danışılıb.

Goranboy UADM-in əməkdaşı Mərkəzin xidmətləri haqqında məlumat verərək, şəhid övladını  xidmətlərdən yararlanmağa dəvət edib.