Mərkəz nümayəndələri şəhid ailəsini ziyarət ediblər

16 fevral 2021

Paylaş:

16 fevral 2021-ci il tarixində Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin sosial iş üzrə mütəxəssisləri  Vətən müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda aparılan döyüşlərdə şəhid olan  Eyyubov Sərvan Yusif oğlunun məzarını ziyarət edərək xatirəsini yad edib, ailəsi ilə görüşüblər.

Qeyd edək ki, Mərkəz nümayəndələri şəhid ailəsi ilə mütəmadi olaraq görüşür, onların problemləri ilə maraqlanır. Mərkəzin psixoloq və sosial işçiləri hər bir ailə üzvü ilə fərdi qaydada söhbət apararaq onların psixo-sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində işləri davam etdirir.