"Erkən nikahlara yox deyək" adlı onlayn tədbir keçirilib

9 fevral 2021

Paylaş:

09 fevral 2021-ci il tarixində Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə "Erkən nikahlara yox deyək" adlı onlayn tədbir keçirilib.

Görüşdə Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları, 39 saylı Ağdam orta məktəbin müəllimləri və yuxarı sinif şagirdləri iştirak ediblər.

Görüş zamanı yeniyetmə qızların təhsildən yayınaraq erkən nikaha cəlb edilməsi və erkən nikahların fəsadları haqqında danışılıb, iştirakçıların sualları cavablandırılıb.

Görüşün sonunda iştirakçıların elektron ünvanlarına maarifləndirici bukletlər göndərilib.