Xocalı faciəsinin 29-cu ildönümündə "Ana harayı” abidəsi ziyarət edilib

26 fevral 2021

Paylaş:

26 fevral 2021-ci il tarixində Xocalı faciəsinin 29-cu ildönümü ilə əlaqədar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollektivi faciə qurbanlarının xatirəsinə ucaldılmış "Ana harayı” abidəsini ziyarət edib.

Soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad edilib, abidənin önünə qərənfillər düzülüb.