Beynəlxalq Qadınlar Günündə şəhid və qazi anaları ilə görüş keçirildi

8 mart 2021

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeçiliyində olan 11 Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən “8 Mart Beynəlxalq Qadınlar Günü” münasibətilə Vətən  müharibəsində  iştirak etmiş şəhid və qazi ailələri ziyarət edilib.

Görüş zamanı mərkəz əməkdaşları tərəfindən ailələrin problemləri dinlənilib, Komitənin səlahiyyətləri çərçivəsində onlara müvafiq istiqamətlərdə psixoloji və sosial dəstək göstərilib.

Görüşün sonunda şəhid və qazi analarına bayram sovqatı təqdim edilib.