Könüllülərin ailələrə ziyarəti davam edir

24 mart 2021

Paylaş:

"Ailə könüllüləri” layihəsi çərçivəsində könüllü ailələrimizin müxtəlif ailələrə ziyarəti davam edir.
Astara rayonundan olan Rəsulovlar ailəsi Lənkəran rayonunun Zöhlə kəndində yaşayan şəhid Zaur Kamil oğlu Ağalının ailəsinin qonağı olub. Könüllülər şəhid ailəsinin problemləri, qayğıları ilə maraqlanıb, onlara bayram sovqatı təqdim ediblər.
Qeyd edək ki, 1996-cı il təvəllüdlü şəhid Zaur Ağalı, Vətən müharibəsi zamanı Qubadlı, Füzuli istiqamətlərində gedən döyüşlərdə iştirak edib, "Qubadlının azad olunması" və "Füzulinin azad olunması" medalları ilə təltif edilib.