Qadın Resurs Mərkəzlərinin şəhid və qazi ailələrinə səfərləri davam edir

29 mart 2021

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Qadın Resurs Mərkəzlərinin nümayəndələri Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şücaət göstərərək şəhidlik zirvəsinə ucalan Vətən oğullarının və qəhrəmanlıqları ilə seçilən qazilərimizin ailələrinə növbəti dəfə səfər edərək, ehtiyac və qayğıları ilə maraqlanıblar.

Mərkəz əməkdaşları şəhid və qazilərimizin döyüş xatirələrini dinləyərək, qəhrəmanlıqları ilə qürur duyduqlarını və onların gənc nəsil üçün parlaq nümunə olduqlarını bildiriblər.