Ağdamda “Erkən nikahların qarşısının alınması” məqsədilə maarifləndirmə işi aparılıb

5 aprel 2021

Paylaş:

06 aprel 2021-ci il tarixində Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən  erkən nikahların qarşısının alınması istiqamətində maarifləndirmə işinin gücləndirilməsi məqsədilə əhali arasında “Uşaq evliliyinə son” adlı buklet paylanılıb.

“Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasına dair 2020-2025-ci illər üçün Tədbirlər Planı”nın 2.3.6-cı bəndinə əsasən, eləcə də “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nın müvafiq bəndlərinə uyğun olaraq, həyata keçirilən tədbirin məqsədi uşaqların erkən evliliyə məcbur edilməsinin nəticəsi kimi onların təhsildən kənarlaşdırılmasının qarşısını almaq, uşaqların həyat və sağlamlığı üçün təhlükə yaradan halların aradan qaldırılmasıdır.

Buklet paylanışı zamanı Mərkəz əməkdaşları valideynləri maraqlandıran sualları cavablandıraraq, mövzu ilə əlaqədar məlumatları diqqətə çatdırıblar. Valideynlər məlumatlandırıcı vəsaitə görə təşəkkürlərini bildirərək, bu cür məlumatların əhəmiyyətini qeyd ediblər.