İnformasiya məhsulunun yaş təsnifatının aparılması üzrə ekspertlərə ixtisas attestatının verilməsi məqsədilə keçiriləcək müsabiqənin təşkilati məsələləri müzakirəsi edilib

8 aprel 2021

Paylaş:

“Uşaqların zərərli informasiyadan qorunması haqqında” Qanunun 13.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 iyul tarixli 268 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnformasiya məhsulunun yaş təsnifatının aparılması üzrə ekspertlərə ixtisas attestatının verilməsi, attestatın qüvvədəolma müddətinin dayandırılması və ya ona xitam verilməsi, ekspertlərin və ekspert təşkilatlarının reyestrinin aparılması və onların fəaliyyətinə nəzarət Qaydaları”nın 1.2-ci bəndində qeyd olunmuş (informasiya məhsulunun yaş təsnifatının aparılması üzrə ekspertlərə ixtisas attestatının verilməsi, attestatın qüvvədəolma müddətinin dayandırılması və ya ona xitam verilməsi, ekspertlərin və ekspert təşkilatlarının reyestrinin aparılması və onların fəaliyyətinə nəzarət) məsələlər Komitə tərəfindən həyata keçirilir.

Qaydalara əsasən, ekspertizanı keçirmək istəyən namizədlərə İxtisas attestatının verilməsi iki mərhələdən (test imtahanı və müsahibədən) ibarət olan müsabiqə üsulu ilə həyata keçirilir və bu məqsədlə Komitədə Müsabiqə Komissiyası yaradılır. Müsabiqə proqramının və imtahan sualları toplusunun hazırlanmasına pedaqogika, psixologiya və ya uşaq psixiatriyası sahələsi üzrə mütəxəssislər cəlb olunmuşdur.

08 aprel 2021-ci il  tarixində İnformasiya məhsulunun yaş təsnifatının aparılması üzrə ekspertlərə ixtisas attestatının verilməsi üçün keçiriləcək müsabiqənin təşkilati məsələlərinin müzakirəsi məqsədilə, Komitədə yaradılmış Müsabiqə Komissiyasının üzvlərinin, Komissiyanın işinə cəlb olunmuş pedaqogika, psixologiya və uşaq psixiatriyası sahələri üzrə ixtisaslaşmış mütəxəssislərin  ilk görüşü keçirilib.

Görüş zamanı gündəlikdə olan əsas məsələ müsabiqə proqramının və həmin proqrama uyğun hazırlanacaq test tapşırıqlarından ibarət imtahan sualları toplusunun hazırlanması istiqamətində fikir mübadiləsi və iş bölgüsününü aparılması olub.