“Şanlı Zəfər Yolumuz” mövzusunda yazı müsabiqəsinin qiymətləndirilməsinə başlanılıb

3 may 2021

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş gənc yazarlar və jurnalistlər arasında “Şanlı Zəfər Yolumuz” mövzusunda yazı müsabiqəsinə daxil olmuş məqalələrin qiymətləndirilməsi prosesi başlayıb.
Müsabiqənin 1-ci mərhələsinin nəticələrinə görə İşçi Qrupuna 75 yazı daxil olub.
Nəticələr barədə məlumat yaxın günlərdə veriləcəkdir. Müsabiqədə ilk 3 yerin qalibi (1-ci, 2-ci, 3-cü yerlər) Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaqdır.
Qeyd edək ki, müsabiqəyə yazıların qəbulu 1 - 30 aprel 2021-ci il tarixlərini əhatə etmişdir.