“Ailə tərbiyəsinin uşağın şəxsiyyət kimi formalaşmasında rolu” mövzusunda 15 may “Beynəlxalq Ailə Günü”nə həsr olunmuş tədbir keçirilib

3 may 2021

Paylaş:

3 may 2021-ci il tarixində Şamaxı rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə orta məktəblərin müəllim və psixoloqlarının, rayon təhsil şöbəsinin, mədəniyyət müəssisələrinin əməkdaşlarının iştirakı ilə online tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Şamaxı rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Eyvazova iştirakçıları salamlayaraq, mövzunun əhəmiyyətindən bəhs edib.

Komitənin Ailə Problemləri şöbəsinin müdiri Gülnarə Məmmədova valideyn-uşaq münasibətlərinin düzgün tənzimlənməsi məqsədilə, “Biz öz övladlarımızla ünsiyyət qurmağı bacarırıqmı?” adlı təqdimatla çıxış edib. Çıxışında uşaqların yaş xüsusiyyətlərini, hər yaş dövründə valideynlərin önəm verməli olduğu məqamları vurğulayan G.Məmmədova, eyni zamanda valideynlərlə qurulmuş düzgün ünsiyyətin uşağın müsbət şəxsiyyət kimi formalaşmasına olan təsirlərindən söhbət açıb.

Sonda mövzü ətrafında müzakirələr aparılıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.