Hər kəsi media ilə bağlı sorğuda iştirak etməyə dəvət edirik!

6 iyul 2021

Paylaş:

Sizi aşağıdakı linkə daxil olmaqla, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hazırlanan sorğunu cavablandırmağa çağırırıq. 
 
 
Kütləvi informasiya vasitələrinin gündəlik həyatımızda yeri, eyni zamanda cəmiyyətdə ailə, qadın və uşaq məsələləri ilə bağlı məlumatların yayımlanması və əldə edilməsində əhəmiyyətli rolu hamıya məlumdur.
 
Qeyd olunanları nəzərə alaraq, vətəndaşların ailə, qadın və uşaq məsələləri ilə bağlı məlumatları daha çox hansı kütləvi informasiya vasitəsindən (media) istifadə edərək əldə etdiklərini öyrənmək qərarına gəldik. Sorğunun keçirilməsində məqsəd gələcəkdə media ilə işin sorğunun nəticələri də nəzərə alınmaqla daha səmərəli şəkildə qurulmasıdır.
 
Vaxtınızı ayırıb sorğuda iştirak etdiyinizə görə hər birinizə əvvəlcədən təşəkkürümüzü bildiririk.