Bu gün Birinci vitse-prezident Mehriban xanım Əliyevanın doğum günüdür

26 avqust 2022

Paylaş:

Bu gün milli və bəşəri dəyərlərə söykənən müdrikliyi, insanlığa qarşı mərhəmət və humanizmi ilə seçilən müasir Azərbaycan qadınını bütün dünyada ləyaqətlə təmsil edən Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın doğum günüdür.
Yüksək təşkilatçılıq və idarəetmə bacarığı, cəsarəti və mübarizliyi ilə seçilən Mehriban xanım üçün insanların hörmət və sevgisini qazanmaq ən böyük mükafatdır.
Öz xeyirxahlığı və insansevərliyi sayəsində həm milli, həm də beynəlxalq səviyyədə milyonlarla insan üçün örnək olan parlaq bir şəxsiyyət kimi böyük hörmət və nüfuz qazanmış Mehriban xanımı, Azərbaycan Respublikasının Birinci vitse-prezidentini bu münasibətlə ürəkdən təbrik edir, şərəfli və məsuliyyətli işində uğurlar arzulayırıq.