Bu gün “Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

20 sentyabr 2022

Paylaş:

Ümummilli lider Heydər Əliyevin böyük səyləri nəticəsində hazırlanaraq imzalanmış müqavilə Azərbaycanın güclü iqtisadi potensialının formalaşdırılmasında müstəsna rol oynadı. Bu, regionun və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə böyük töhfə vermiş oldu.

Ulu öndər Heydər Əliyevin 2001-ci il 16 avqust tarixli Sərəncamına əsasən, müqavilənin imzalandığı tarix – 20 sentyabr Azərbaycanda Neftçilər Günü kimi qeyd olunur.

Bu münasibətlə neft-qaz sahəsində çalışan işçiləri təbrik edir, çətin və məsuliyyətli işlərində uğurlar arzulayırıq.