11 Oktyabr - Beynəlxalq Qızlar Gününə həsr olunmuş kampaniyaya Bakı şəhərində təşkil edilmiş ilk infoturla start verildi

4 oktyabr 2022

Paylaş:

Avropa İttifaqının maliyyə dəstəyi, BMT-nin Əhali Fondu (UNFPA) və BMT-nin Qadınlar üzrə Agentliyinin (UN Women) təşkilatçılığı ilə "Regional İnkişaf” İctimai Birliyi tərəfindən icra edilən 11 Oktyabr - Beynəlxalq Qızlar Gününə həsr olunmuş kampaniya çərçivəsində 3 oktyabr tarixində paytaxtın Gənclik parkında qız övladlarının dəyərinin təşviqi və qızların səlahiyyətləndirilməsi mövzusunda səyyar maarifləndirici tədbir keçirilib.