Bərdə terrorundan 2 il ötür

27 oktyabr 2022

Paylaş:

Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən 2020-ci il oktyabrın 27-də Bərdə rayonunun Qarayusifli kəndinə, oktyabrın 28-də isə Bərdə şəhərinə raket hücumları olmuşdu. Hücumlar nəticəsində 5-i qadın olmaqla, 27 nəfər həlak olmuş, 8-i uşaq, 15-i qadın olmaqla 70 şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri almışdır.
Baş vermiş terror hadisəsi zamanı şəhid olan həmvətənlərimizin xatirəsini hörmətlə yad edirik!