“Zəfərə Aparan İdeya” adlı layihə müsabiqəsi

18 noyabr 2022

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yeni kreativ ideyaların uşaqların yaradıcı potensialının formalaşmasında müstəsna əhəmiyyətini nəzərə alaraq

“Zəfərə Aparan İdeya” adlı layihə müsabiqəsi həyata keçirir.

Bakı şəhərində təşkil edilən tədbirin davamı olaraq, Respublikamızın ayrı-ayrı regionlarında uşaqların ictimai fəallığının artırılması məqsədilə 8 dekabr 2022-ci il tarixində, Astara, Cəlilabad, Lerik, Masallı və Yardımlı rayonlarından olan uşaqların da iştirakı ilə Lənkəran rayonunda növbəti layihə müsabiqəsinin keçirilməsi nəzərdə tutulur.

Müsabiqədə iştirak etmək üçün yuxarıda qeyd edilən rayonlar üzrə 14-18 yaş qruplarından olan uşaqlar hazırladıqları layihəni 30 noyabr 2022-ci il tarixədək Dövlət Komitəsinin rəsmi səhifəsində yerləşdirilmiş link vasitəsilə elektron müraciət formasına yükləməlidirlər.

Bütün uşaqları müsabiqədə aktiv iştirak etməyə dəvət edirik!

1) “Zəfərə Aparan İdeya” adlı layihə müsabiqəsinin Əsasnaməsi

2) Müsabiqədə iştirak üçün müraciət forması  

 Əlaqə telefonu: (+994 51) 230-54-86 ,   (+994 12) 598-27-12