Bahar Muradova Ağalı kənd sakinləri olan ailənin qonağı olub, onlarla çay süfrəsi ətrafında söhbət edib

26 dekabr 2022

Paylaş:

Ailə Ağalının ilk sakinləri olmaqdan böyük fəxr duyduqlarını bildirib, doğma torpaqlarımızın işğaldan azad edilməsinə görə Ali Baş Komandan cənab İlham Əliyevə, şəhid və qazilərimizə xüsusi minnətdarlıqlarını ifadə ediblər.

Ailə burada dövlət tərəfindən məşğulluq və işlə təmin edilmələrindən razılıqlarını qeyd edib.

Daha sonra ailənin həyətyanı sahəsində bolluq-bərəkət və sülh rəmzi olan zeytun ağacı əkilib.