Uşaq Səfirlər Məclisinin üzvləri üçün təlim keçirilib

27 yanvar 2023

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramının 4.4.23-cü bəndinə əsasən (Narkotik vasitələrin, psixotrop maddələrin qəbulu və bununla bağlı problemlər haqqında vətəndaşlar arasında ictimai maarifləndirmə məqsədilə təbliğat işinin təşkili) Komitənin yanında fəaliyyət göstərən Uşaq Səfirlər Məclisinin 30 rayondan olan 60 iştirakçı üçün Uşaq məsələləri şöbəsinin əməkdaşı Həsən Əliyev tərəfindən təlim keçirilib.

Təlimin məqsədi respublikanın rayonlarında və ucqar kəndlərində narkomaniya ilə mübarizə çərçivəsində maarifləndirmə işlərinin çoxşaxəli aparılması üçün yeniyetmə və gənclərin müvafiq mövzuda hazırlanmasıdır.