Dövlət Komitəsinin sədri Bahar Muradova Ağdam rayonunun Quzanlı qəsəbəsində vətəndaşları qəbul edib

10 fevral 2023

Paylaş:

Mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinin bölgələrdə vətəndaşların qəbulu cədvəlinə əsasən, 10 fevral 2023-cü il tarixində Bahar Muradova Ağdam rayon Heydər Əliyev Mərkəzində Ağdam, Ağcabədi və Laçın rayonlarından olan vətəndaşları qəbul edib, ərizə, müraciət və təkliflərinə baxıb.

Qəbuldan öncə Ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub, Ulu öndərin xatirəsi ehtiramla yad olunub.

Qəbulda iştirak edən vətəndaşlar əsasən işlə təmin olunma, uşaqların müalicə edilməsi, onların təhsilinə dəstək və bir sıra digər məsələlərlə bağlı müraciət ediblər.

Vətəndaşların Dövlət Komitəsinin səlahiyyət dairəsinə aid müraciətləri Komitənin müvafiq struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə dinlənilib, müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.