Uşaq səfirlərə natiqlik təlimi keçilib

17 fevral 2023

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında Uşaq Səfirlər Məclisinin yeni üzvləri və ümumi təhsil müəssisələri üzrə nümayəndələri üçün ”Natiqlik- gözəl danışma sənəti” adlı təlim keçirilib.

“Etika Akademiyası” Fərdi İnkişaf Mərkəzi tərəfindən təşkil edilən təlimin əsas məqsədi iştirakçılarda müstəqil özünüifadə etmə bacarıqları, kütləvi tədbirlər zamanı auditoriya qarşısında ifadəli nitq qabiliyyəti və liderlik mədəniyyətini formalaşdırmaq olub. Müxtəlif interaktiv metodlarla keçirilən təlimin sonunda uşaqların sualları cavablandırılıb.