Xocalı faciəsinin ildönümü ilə əlaqədar "Ana harayı” abidəsi ziyarət edilib

26 fevral 2023

Paylaş:

26 fevral 2023-cü il tarixində Xocalı faciəsinin 31-ci ildönümü ilə əlaqədar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollektivi faciə qurbanlarının xatirəsinə ucaldılmış "Ana harayı” abidəsini ziyarət edib.

Soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad edilib, abidə önünə gül dəstələri düzülüb.