İçərişəhər və Qala Qoruğunda yaşayan xanım sakinlərlə QadınTalks layihəsi çərçivəsində görüş keçirilib

10 mart 2023

Paylaş:

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nəzdində fəaliyyət göstərən Maqsud İbrahimbəyov yaradıcılıq mərkəzində keçirilən görüşün məqsədi öz sahələrində fərqlənən qadınlarla gənc xanımlar arasında təcrübə mübadiləsinə şərait yaratmaq, gəncləri maraqlandıran suallara cavab tapmaqdır.

“Qadın Talks" layihəsi DVC-nin (“Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi) təşkilatçılığı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin tərəfdaşlığı ilə həyata keçirilir.