BMT və Azərbaycan hökumətinin nümayəndələri işğaldan azad olunmuş Füzuli rayonuna səfər edib

16 mart 2023

Paylaş:

Birləşmiş Millətlər Təşkilatının və Azərbaycan hökumətinin nümayəndələri işğaldan azad olunmuş Füzuli rayonuna səfər edib.

Səfərdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova da iştirak edir.

Ümumilikdə 35-ə yaxın nümayəndə öncə Füzuli Beynəlxalq Hava Limanına gəlib. Füzuli ilə tanışlıqdan sonra qonaqlar Ağdam rayonunda keçiriləcək konfransa yola düşəcək.

Füzuli şəhərində qonaqlar işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq və tikinti işləri, Azərbaycan tərəfindən həyata keçirilən infrastruktur layihələri, Füzuli şəhərinin inkişaf planı, eyni zamanda, bu şəhərdə işğal dövründə erməni vəhşiliyi barədə məlumatlandırılıb.