Aynur Qəhrəmanova - yeni bacarıqlarla formalaşan uğur hekayəsi

15 mart 2023

Paylaş:

“Mən Qadın Resurs Mərkəzinin çox faydasını gördüm. Ən əsası isə bu Mərkəzə üzv olandan sonra özümə iş tapa bildim!”

Aynur Qəhrəmanova Tərtər şəhərində yaşayır və aztəminatlı ailədə 2 övladını böyüdür.

Övladlarının təhsilinə dəstək olmaq, ailənin ehtiyaclarını qarşılamaq üçün iş imkanlarının axtarışına çıxır. Lakin Aynur xanım bunun üçün lazımi bacarıqları haradan qazanacağını bilmir.

Tərtərdə açılan Qadın Resurs Mərkəzi haqqında QRM üzvlərindən eşidən xanım böyük ümidlərlə buraya müraciət edir. Mərkəz üzvlüyünün ona bir çox faydalı məlumata və fürsətlərə yol açacağı barədə öyrənən qəhrəmanımız 2022-ci ilin yazında keçirilən kompüter təlimlərinə yazılmağa qərar verir.