Ləman Seyidova

5 dekabr 2017

Paylaş:

9 yaşlı azərbaycanlı istedadlı pianoçu Ləman Seyidova 30 Noyabr – 1 Dekabr 2017-ci il tarixində Avstriyanın paytaxtı Vyana şəhərində keçirilən II Beynəlxalq "EDELWEISS" ifaçılıq müsabiqəsinin qalibi olub və Grand Pri qazanıb. Ləman Seyidova Bakı şəhəri 35 nömrəli musiqi məktəbin 3-cü sinifində piano üzrə musiqi təhsili alır. Həmçinin bu müsabiqədə Azərbaycan Milli Konservatoriyası tərkibində Musiqi Kollecinin 2-ci kurs tələbələri Əli Adıgözalov  fortepiano ansamblı üzrə  1-ci yer, solo üzrə 3-cü yer və Elmira  Müseyibzadə fortepiano üzrə  1-ci yer, solo üzrə 2-ci yerləri qazanmışdır.