Vətəndaşlar üçün

Qəbul mərkəzi

5 iyul 2022-ci il tarixindən etibarən Hökumət Evi kimi tanınan inzibati binasında (Bakı şəhəri, Ü.Hacıbəyli küçəsi, 80, I alaqapı) dövlət qurumları tərəfindən vətəndaşların qəbulunun vahid və əlaqələndirilmiş şəkildə həyata keçirilməsi məqsədilə yaradılan Vətəndaşların Qəbulu Mərkəzi fəaliyyətə başlamışdır. Dövlət Komitəsinin fəaliyyət istiqamətləri üzrə müraciət etmək istəyən vətəndaşlar həftənin 5 iş günü, saat 09:00-dan 18:00-dək (nahar fasiləsi olmadan) Vətəndaşların Qəbulu Mərkəzinə yaxınlaşa bilərlər. Qəbullar Dövlət Komitəsinin məsul əməkdaşları tərəfindən həyata keçirilir.