“18 yaşadək evlilik – Uşaq evliliyidir!”

7 aprel 2021

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi olaraq, gənclərin ailə həyatına hazırlanması, ailələrin sağlam və güclü təməllər üzərində qurulması, mövcud olan problemlərin həll edilməsi istiqamətdə müvafiq tədbirlərin həyata keçirilməsi əsas prioritetlərimizdəndir.

Görülən mühüm işlərə baxmayaraq, təəssüflər olsun ki, cəmiyyətdə hələ də erkən nikah problemi mövcuddur.

Erkən evliliyə məruz qalaraq psixologiyanın zədələnməsi uşağın gələcək həyatına mənfi təsir göstərir. Uşaqların erkən yaşda zorakılığa məruz qalmasının aşkar edilməsi və bu zorakılığın qarşısının alınması istiqamətində təbliğatın aparılması vacibdir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hazırlanmış “18 yaşadək evlilik – Uşaq evliliyidir!” adlı maarifləndirmə vəsaitini diqqətinizə təqdim edirik.