Göyçay Qadın Resurs Mərkəzində südlük-maldarlıqla məşğul olan qadınlar üçün təlim təşkil olunmuşdur.

7 aprel 2021

Paylaş:

7 aprel 2021-ci il  tarixində Göyçay Qadın Resurs Mərkəzində “Göyçay rayonunda qadınların məşğulluğuna və mikro sahibkarlıq fəaliyyətinə dəstək göstərilməsi və Qadın Resurs Mərkəzinin yaradılması”  layihəsi çərçivəsində məşğulluğuna dəstək göstərilmiş, südlük-maldarlıqla məşğul olan qadınlara cins və yerli mallara qulluq, yemləmə və vaksinasiyası haqqında təlim təşkil olunmuşdur. Baytar həkim Rəhim Məmmədov iştirakçıları maraqlandıran sualları cavablandırmış, müvafiq məsləhətlər vermişdir.