Dövlət Komitəsi vakansiya elan edir

Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Zərdab rayonunda fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzinə aşağıdakı vakant yer üzrə işə qəbul müsabiqəsi elan edilir:
Zərdab UADM – sosial iş üzrə mütəxəssis
Qeyd edilən vəzifə üzrə işə qəbul olmaq istəyən şəxslər 05 noyabr – 05 dekabr 2022-ci il tarixlərində şəxsi anket forması üzrə məlumatlarını office@scfwca.gov.az və ya region@scfwca.gov.az elektron poçt ünvanlarına göndərə bilərlər.
Tələb olunan kriteriyalar: müvafiq sahə üzrə ali təhsil (pedaqoqika, psixologiya, sosial iş və s. humanitar sahələr)
Əlaqə:
AQUPDK, Ailə məsələləri şöbəsi
şəh. (+99412) 498-94-02
mob. (+99451) 230-54-87